Fərid: “Qalibiyyətin sevincindən hələ təzəcə ayılıram”
Azərbaycanı 58-ci “Eurovision” mahnı müsabiqəsi üçün İsveçdə təmsil edəcək Fərid Məmmədovla əlaqə saxlayaraq təəssüratlarını öyrəndik.
15 Mart 2013 18:03 MədəniyyətFərid Məmmədovun "OLAYLAR"a verdiyi açıqlamada ölkəmizi İsveçdə layiqincə təmsil edəcəyinə inandığını dedi: "Azərbaycanı İsveçdə təmsil edəcək ifaçı kimi mənim adım açıqlananda çox sevindim. Hələ də bu sevincin təsirindəyəm. Ölkəmizi yüksək səviyyədə təmsil edəcəyim üçün özümə inanıram. Qələbəyə görə, mənə dəstək olan, köməklik edən hər kəsə təşəkkürümü bildirirəm. Bu həm də onların uğurudur". Həyəcanlı, həm də çox sevincli olan ifaçı neçə illik zəhmətinin qarşısında bu qalibiyyəti gözlədiyini də söyləyib: "Qalibiyyətin sevincindən hələ təzəcə ayılıram. Məncə hər şey əla olacaq. Başqa cür də ola bilməz. Neçə ildir ki, əziyyət çəkib, məşqlər etmişəm".