Mahsun Kırmızıgül parodiya edənlərdən gileyləndi
Müğənni Mahsun Kırmızıgül Türkiyədə yayımlanan müxtəlif proqramlarda onu yamsılayanlara səsləndi
15 Mart 2013 17:05 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kırmızıgül "Tvitter" sosial şəbəkəsindəki rəsmi səhifəsində yaxın dostlarının qatıldıqları proqramlarda onu təlqin etmələri haqda yazıb: "Hər zaman arxa olduqlarını söyləyən şəxslər proqramlarda məni yamsılamaqla məşğuldular. Köməkçilərim bu danışıqları tərcümə etməsəydilər, onların nə dediklərini də başa düşməzdim". Mahsun Kırmızıgülü yamsılayanlar sırasında onun rejissoru olduğu "Günəşi gördüm" filminə çəkilən Ceyhun Fersoyun da adı çəkilib. Bundan başqa, müğənni-rejissor "Yeteneksiniz Türkiyə"nin ilk yayımlarında da bir iştirakçı tərəfindən təlqin edilib. Bu zaman münsiflər heyətində əyləşən müğənni Hülya Avşar həmin iştirakçıya "yaratdığın obrazla gerçək Mahsun arasında böyük oxşarlıqlar var" demişdir.