“Regionlarda mədəniyyət və turizm”-müşavirə keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən mart ayının 15-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında  şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin fəaliyyətinə həsr olunmuş "Regionlarda mədəniyyət və turizm: 2012-ci ilin yekunları" ümumrespublika müşavirəsi keçiriləcək. Müşavirəsinin keçirilməsində məqsəd mədəniyyət və turizm sahələrinin inkişafına dair dövlət proqramlarının icrası istiqamətində 2012-ci il ərzində görülən işlərin təhlil edilməsi, regionlarda müvafiq sahələrdə mövcud problemlərin və onların həlli yollarının müzakirəsi, Nazirliyin yerli orqanlarının işi təhlil olunacaq. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31