Azərbaycanın əməkdar artisti Türkiyədə əməliyyat olundu

Azərbaycanın əməkdar artisti Xanım Qafarova Türkiyədə gözündən əməliyyat olunub. APA-nın netgazete.com saytına istinadən verdiyi məlumata görə, artıq sol gözündən katarakt əməliyyatı keçirən aktrisa sağ gözündən də əməliyyat olunduqdan sonra Azərbaycana dönəcək.
X.Qafarova birinci əməliyyatın çətin olduğunu, lakin uğurla aparıldığını bildirib.
Həkim Faiq Oruçoğlu isə deyib ki, əməliyyata qədər aktrisanın görməsi kölgə kimi görmə səviyyəsində olub.
Həkim hazırda ikinci əməliyyat üçün hazırlıq işləri getdiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31