Mənsum İbrahimov Macarıstan səfərinə hazırlaşır

Mənsum İbrahimov Novruz bayramını Macarıstanda qeyd edəcə

Bu haqda məlumatı Xalq artisti "OLAYLAR"a verdiyi açıqlama verərkən deyib: "Martın 20-dən 25-dək Qarabağ "Muğam" qrupu və tələbəm Arzu Əliyeva ilə birgə Macarıstanda səfərdə olacağıq. Novruz bayramı ilə əlaqədar bu ölkəyə gedərək orda yaşayan həmvətənlərimiz, diaspora üzvləri, tələbələr, iş adamları ilə görüşəcəyik. Elçin Həşimov, Elnur Əhmədov, Kamran Kərimov və Coşqun Sadıqov konsertdə bizi müşayiət edəcək. Azərbaycanın xalq mahnıları və muğamlarını  oxuyacağıq. Macarıstanda səfərdə olacağımız beş gün ərzində milli süfrə arxasında soydaşlarımızla birgə Novruz bayramını qeyd edəcəyik".

Xanəndə Beynəlxalq Muğam Festivalının yekun günü ilə əlaqədar ayın 19-da Filarmoniyada çıxış edərək tədbiri yekunlaşdıracağını da vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31