Tatlısəs ikinci doğum gününü qeyd etdi

2011-ci ildə silahlı hücuma məruz qalaraq ikinci dəfə həyata qayıdan Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs artıq həmin tarixi ikinci doğum günü kimi qeyd edir. "OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənninin oğlu İdo atasının "Tvitter" səhifəsində bunları yazıb: "Bu gün yenidən doğulmağının ikinci ildönümü.Nə yaxşı ki, sən varsan, nə yaxşı ki, atamsan. Allah heç vaxt səni bizə çox görməsin. Hər zaman başımızın üstündə ol". Qeyd edək ki, 2011-ci ildə silahlı hücuma məruz qalan Tatlısəsin həyatı xilas olsa da, səhhətində bir sıra fəsadlar yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31