"Rəqsanə niyə belə şəkillər çəkdirir?"
Müğənni Rəqsanə İsmayılova son günlər etdirdiyi açıq-saçıq fotosessiyaları ilə müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri sənətçinin bu yaşda belə şəkillər lentə almasını tənqid ediblər. Onlar dörd uşaq anasına yarıçılpaq obyektiv qarşısına keçməyi yaraşdırmayıblar.
5 İyul 2019 10:18 MədəniyyətMüğənni Rəqsanə İsmayılova son günlər etdirdiyi açıq-saçıq fotosessiyaları ilə müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçiləri sənətçinin bu yaşda belə şəkillər lentə almasını tənqid ediblər. Onlar dörd uşaq anasına yarıçılpaq obyektiv qarşısına keçməyi yaraşdırmayıblar.
Daha bir fotosunu yayımlayan Rəqsanə "Həyatımızı gözəlləşdirmək, cəsarətimizdə və səmimiyyətimizdə gizlidir. Kəşf edən xoşbəxt olur. Bu arada, siz danışdıqca, mən daha çox işləmək istəyirəm. "Rəqsanə niyə belə şəkillər çəkdirir" deyə, o qədər narahat olanlar var ki... Yaxında görərsiz" sözlərini yazıb.
Qeyd edək ki, sənətçi bundan əvvəl çəkdirdiyi çılpaq fotosu ilə gündəmə gəlmişdi.
Axşam.az