“Azərbaycanın gənc rəssamları Londonda”
14 Mart 2013 13:41 MədəniyyətBMT-nin hər il 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyi, Avropa Azərbaycan Cəmiyyəti və London şəhərindəki "Azərbaycan Evi" Mədəniyyət və Dostluq Mərkəzinin birgə dəstəyi ilə "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən 18 - 19 mart tarixlərində London şəhərinin Kensington və Çelsi Meriyasının binasında Azərbaycan gənc rəssamlarının sərgisi keçiriləcəkdir.
Sərgiyə eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi, "Azal-Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti də öz təşkilatı dəstəyini vermişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31