Ukraynalı müğənni məşhur Azərbaycan mahnısını ingiliscə oxudu VIDEO
"Səndən nigaranam" yeni verisyada "One more chance" oldu
14 Mart 2013 11:32 MədəniyyətUkraynanın sevilən müğənnisi Andrey Yurits Azərbaycanın məşhur hiti olan "Səndən nigaranam" mahnısını yeni versiyada ifa edib. ANS PRESS-in məlumatına görə, sözləri Baba Vəziroğluna, musiqisi Kamala aid olan mahnı bu dəfə ingilis dilində ifa olunub. Yeni verisiyada "One more chance" adlanan mahnının yeni versiyası müəlliflərin də könlüncə olub.
Müğənni Andrey Yuritsi isə ANS PRESS-ə müsahibəsində mahnını bir neçə ifada eşitsə də məhz Nəsibə Abdullayevanın ifasında bəyəndiyini söyləyib. Bundan başqa yaxınlarda mahnıya çəkiləcək klip Azərbaycan və Dünya kanallarında yayıma çıxarılacaq.
Qeyd edək Andrey Ukrainda keçirilən "Chance" ulduz fabrikinin qalibidir və hal hazırda OTV kanalında əyləncəli şounun aparıcısıdır