İstanbul prokurorluğu “Möhtəşəm yüz il” serialı ilə bağlı qərar verdi
14 Mart 2013 11:25 Mədəniyyət"Möhtəşəm yüz il" serialın rejissorları Yağış və Durul Taylan ilə aktyorlar Halit Ergenç və Məryəm Uzerli haqqında Qanuni Sultan Süleymanın xatirəsini təhqir etdikləri iddiasıyla icra edilən istintaq yekunlaşıb. "Azadinform" xəbər verir ki, iddiada aktyorların rolları ilə tarixi alçaltdıqları, o dövrdə yaşanmamış hadisələri olmuş kimi göstərdiyi, Qanuni Sultan Süleymanın ləkələnərək cəmiyyətə səhv tanıdıldığını və tarixi dəyərlərin də ayaqlar altına alındığını bildirilirdi.
İstanbul Prokurorluğunda aparılan istintaq nəticəsində təhqir günahının ancaq həyatda olan kəslərə qarşı işlənə biləcəyi, ölən adama edilən təhqirə bağlı isə ikinci dərəcəyə qədər yaxınları ilə bərabər, qardaşlarının şikayət edə biləcəyi ifadə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31