Tanınmış Rusiya aktyoru dünyasını dəyişdi
13 Mart 2013 18:31 Mədəniyyət"Qoca Xottabıç" filmindəki obrazına görə Azərbaycan tamaşaçısına tanış olan rusiyalı aktyor Qennadiy Xudyakov Sankt-Peterburqda dünyasını dəyişib.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, aktyor 70 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, Gennadiy Xudyakov "Qoca Xottabıç" filmində Jenka Boqorad rolunu canlandırıb. Həmin filmdən sonra daha iki filmə çəkilən Xudyakov kino ilə yollarını ayırıb. O, elmi fəaliyyətlə məşğul olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31