Rəmiş adından utanır

Azərbaycanın gitara ustası Rəmiş fəxri adlardan danışıb. O, bu günədək fəxri adlardan yalnız əməkdar artist adını aldığını deyərək gileylənib. SİA-ya açıqlama verən Rəmiş bir çox məclislərdə əməkdar artist kimi təqdim etməklərinə icazə vermədiyini dilə gətirib: "Bu zamanadək fəxri adlardan yalnız əməkdar artist adı verməklə kifayətləniblər. 68 yaşım var. Məni hansısa tədbirlərdə əməkdar artist kimi təqdim edəndə utanıram. Ona görə çox vaxt icazə vermirəm ki, məni əməkdar artist kimi təqdim etsinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31