İradə İbrahimova: “Türkiyədə bizim müğənniləri...”
13 Mart 2013 19:30 MədəniyyətTürkiyədə yaşayan müğənni İradə İbrahimova azərbaycanlı həmkarlarının qardaş ölkədə tanınmaq istəməsini normal sayır. Müğənni Lent.az-a açıqlamasında bildirib ki, yerli sənətçilərimizin Türkiyə şou-biznesinə can atması normaldır: "Türkiyədə müxtəlif xalqların nümayəndələri yaşayır. Onlarla eyni dili danışırıq və Türkiyədə bizim müğənniləri sevirlər, qəbul edirlər".
Buna baxmayaraq, sənətçi seçim qarşısında qalsa, özünün Azərbaycan şou-biznesinə üstünlük verəcəyini deyib.
Sənətçi son bir neçə ayda sosial şəbəkədən aktiv istifadə etməyə başladığını da bildirib. O, daha çox İnstagram səhifəsindən istifadə etdiyini söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31