Ledi Qaqa: "Ərə gedirəm? Sizdən eşidirəm"
13 Mart 2013 19:16 MədəniyyətAmerikalı müğənni, dünyanın ən ekstravaqant sənətçilərindən biri Ledi Qaqanın bu yay ərə gedəcəyi ilə bağlı iddialar yayılıb. Müğənninin özü bu barədə konkret heç nə deməsə də, iddiaları yalanlayıb. Milli.Az TMZ-ə istinadən bildirir ki, Ledi Qaqa deyib: "Ərə gedirəm? Sizdən eşidirəm". Müğənninin teleserial ulduzu, aktyor Teylor Kinni ilə ailə quracağını DJ Starlay demişdi. The Sun qəzetinə verdiyi açıqlamasıda o, söyləyib: "Onlar bir-birlərini çox sevirlər. Yayda Teylorun çəkilişləri bitir, Ledi Qaqanın da konsert turu və studiya çalışmaları başa çatır. Onlar nikahla bağlı qərarlarını bu yaxınlarda açıqlayacaqlar". Ledi Qaqa aktyor Teylor Kinni ilə 2011-ci ildə, You And I klipinin çəkilişində tanış olmuşdular.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31