Tatlısəsin qızının adı bəlli oldu
Türkiyə musiqisinin imperatoru hesab edilən məşhur müğənni İbrahim Tatlısəsin qızının adı sosial şəbəkələrin birində açıqlanıb
13 Mart 2013 11:47 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2011-ci ildə Ayşə ilə nikah masasına əyləşən Tatlısəs yaxın günlərdə növbəti dəfə ata olacaq. Ana olmağa hazırlaşan Ayşəgülə yeni dünyaya göz açacaq körpəsi üçün müxtəlif hədiyyələr verillib. Körpənin adını isə sosial şəbəkələrin birində Tatlısəsin həyat yoldaşının rəfiqələrindən biri açıqlayıb. Yayılan məlumatlara görə onlar övladlarına Elif Naz adını qoyacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31