Hülya: “Söhbəti böyütməyə ehtiyac yoxdur”

Öncəki gün məkanların birinə qatılaraq olay yaradan məşhur müğənni Hülya Avşarın qızı Zəhranın bu hərəkətinə valideynləri də münasibət bildirib

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Zəhranın atası Kaya Çilingiroğlu: "Onlar hələ də uşaqdılar. Zəhra etdiyi hərəkətə görə peşman olub, ondan üzr də istəyib. Bir anlıq əsəbləşərək belə addım atıb" deməklə baş verənlərə münasibətini bildirib.

Hülya Avşar isə qızının bu hərəkətində şişirdiləcək heç nəyin olmadığını söyləyib: "Bu hadisədən sonra hələ ki, onunla danışmamışam. Söhbəti böyütməyə ehtiyac yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31