Tanınmış azərbaycanlı müğənni həbsxanada

O, yenə də cəzaçəkmə müəssisəsinə qayıdacaq

Azərbaycanın tanınmış estrada ulduzu Nadir Qafarzadə bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkum xanımlar üçün oxuyub. Milli.az-ın əməkdaşı ilə telefon söhbətində Nadir təəssüratlarını belə bölüşüb: "Novruz bayramına həsr olunmuş bu tədbirdə sənətçi dostlarım da iştirak edirdilər. Özünütərif çıxmasın, qadınlar ən çox mənim ifamı alqışladılar. Düşünün, düz 10 dəqiqə dayanmadan alqışla mükafatlandım. Həbsxana rəhbərliyi qadınların mənə olan sevgisinə cavab olaraq yerindəcə yaxın vaxtlarda solo-konsertlə çıxış etməyimi təklif etdilər.

Razılaşdım, İnşallah, may ayında cəzaçəkmə müəssisəsinin həyətində konsert proqramı ilə məhkum həyatı yaşayan pərəstişkarlarımı sevindirəcəyəm. Allah-Təaladan hamısına can sağlığlı arzulayıb, tezliklə azadlığa qovuşmaqlarını arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31