Hülyanın qızı sevgilisini qısqandı

Türkiyənin məşhur müğənnisi Hülya Avşarın qızı Zəhra ötən gün məkanların birində əvvəllər sevgilisi olduğu oğlanın yanındakı qızın başına çay dəmi töküb

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dostları ilə birgə məkanların birinə gələn Zəhra əvvəllər sevgilisi olduğu şəxsi bir qızla görərək onların masasına yaxınlaşıb qızın üzərinə çay atıb. Xəstəxanaya aparılan qızın bədəninin müəyyən hissəsində yanıq xəsarətləri tapılıb. Həkim nəzarətində olan gənc qız daha sonra evə buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31