Leonardo di Kaprio arzusuna çatdı

Aktyor üçün əhəmiyyətli film Kann kinofestivalının açılışını edəcək

Mayın 15-də 66-cı Kann kinofestivalının açılışını edəcək filmin adı məlum olub. Bu, tanınmış rejissor Bez Lurmanın "Dahi Qetsbi" filmidir. Filmdə dünya şöhrətli aktyorlar Leonardo di Kapiro, Tobi Maquayer və Keri Malliqan rol alıblar. Film Kann kinofestivalında müsabiqədən kənar nümayiş olunacaq.

"Dahi Qetsbi"nin təqdimatı üçün Kanna getməyə hazırlaşan Leonardo di Kaprio bu filmin onun üçün əhəmiyyətli olmasının bəzi səbəblərini açıqlayıb. Birincisi, onu Leonardoya heç də "Titanik"dən az şöhrət gətirməyən "Romeo və Cülyetta" filminin rejissoru Bez Lurman lentə alıb. İkincisi isə aktyor heyətində di Kaprionun yaxın dostu Tobi Maqayer də yer alıb, Kaprio isə çoxdan öz dostu ilə işbirliyi arzu edirdi.

Qeyd edək ki, Leonardo di Kaprio "Dahi Qetsbi" filminə çəkildikdən sonra kinoya uzunmüddətli fasilə vermək qərarına gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31