Arif Səlimov: “Həmişə deyirlər ki, Elza Seyidcahan qeyri-adi konsert verir”

"Nazpəri xanımla musiqisi mənə aid "O mənəm" mahnısını duet formasında oxumuşuq. Mahnı hələ ki, işıq üzü görməyib. Müğənninin köməkçisi Mikayılın dəniz haqda yazdığı sözlərə musiqi bəstələmişəm. Rejissor Rəhman Əliyev həmin mahnıya klip çəkəcək". Bu sözləri "OLAYLAR"a verdiyi açıqlamda bəstəkar müğənni Arif Səlimov deyib. Müğənni daha sonra bəstələrindən ibarət albomu haqda da danışıb: "İlk dəfə olaraq bəstələrimdən ibarət albomum işıq üzü görəcək. Aforizm kimi seçdiyim "Mənim sevgim nəğmələrdir" adlı albomda Flora Kərimova, Gülyaz-Gülyanaq bacılarının,  Məleykə Əsədova və digərlər sevilən ifaçıların mənim yazdığım bəstələrə oxuduqları mahnıları yer alacaq". Bəstəkar-müğənni maddi problemin olmasından da gileylənib: "Hər şeyi özümün və dostlarımın hesabına etdiyim üşün müəyyən problemlər yaranır".

Arif Səlimov daha sonra qeyri-adiliyi ilə seçiləcək konserti haqda da danışıb: "Həmişə deyirlər ki, Elza Seyidcahan qeyri-adi konsert verir. Bu dəfə mən qeyri-adi konsertimlə hər kəsi təəccübləndirməyə çalışacağam. Aprel ayında dəniz sahilində, royal arxasında verəcəyim konsertə sevən cütlüklər dəvətli olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31