Əlixan Səmədovun musiqi albomunun təqdimatı olacaq
12 Mart 2013 14:45 MədəniyyətMartın 14-də Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun konfrans zalında məşhur bəstəkar, xalq və vokal musiqisi ifaçısı Əlixan Səmədovun yeni musiqi albomunun təqdimatı keçiriləcək. "OLAYLAR"-ın Türkiyə bürosunun verdiyi xəbərə görə, təqdimat mərasimində siyasət, elm və incəsənət xadimləri, iş adamları və İstanbuldakı Azərbaycan icmasının qabaqcıl nümayəndələri iştirak edəcək. Təqdimat mərasimi konsert proqramı ilə yekunlaşacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31