Rəqqasə Fatimənin yeni layihəsi
12 Mart 2013 14:22 MədəniyyətTanınmış rəqqasə Fatimə Fataliyeva Azərbaycan Dövlət Musiqi komediya teatrının yaradıcı heyətinin üzvlərindən olan "Təbəssüm" rəqs qrupu ilə birlikdə böyük bir layihəyə üzərində çalışır. Layihə barədə öz təəssüratlarını Lent.az-a bölüşən tanınmış rəqqasə bildirib ki, artıq bir aya yaxın müddətdir ki, qrup üzvləri ilə məşqlər davam edir. " Bir neçə müddətdir ki, "Təbəssüm" rəqs qrupunun rəqs çalışmaları ilə məşğulam. Bu davamlı olaraq, işləmək barədə razılaşma əldə etmişik. Layihənin ilk mərhələsində isə Novruz Bayramına uyğun rəqs nümunəsi göstəriləcək " - deyə o, əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31