Tanınmış bəstəkar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirildi
12 Mart 2013 11:46 MədəniyyətBəstəkar Ətiqə xanım Ələkbərova iki gündür ki, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Xəbər tutan kimi Ətiqə xanımla əlaqə saxladıq. Onun dedikləri: Hal-hazırda oynaq və ayaqlarında olan problemlərlə bağlı müalicə alıram. Əsəblərim də tarıma çəkildiyindən, eyni zamanda nevraloji müalicə də alıram. Leyli xanım Seyidbəyli başda olmaqla bütün tibb personalına təşəkkürümü bildirirəm. Sağaldıqdan sonra yeni mahnılarımla pərəstişkarlarımı sevindirəcəyəm. Ona tez bir zamanda sağalıb ayağa qalxmasını arzulayırıq!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31