Azərbaycanlı müğənni ölümlə hədələnir
12 Mart 2013 11:39 MədəniyyətGənc bəstəkar-müğənni narahatlığını gizlətmədi. Gənc bəstəkar-müğənni Ramal Əsədzadə şok yaradacaq bir açıqlama ilə çıxış edib. Müğənni bildirib ki, bir neçə ay bundan öncə təqdim etdiyi "Qayıtsın zaman" mahnısının ucbatından təhdid olunur: "Bu mahnı həqiqətən mənə uğur gətirdi. Amma onu yenidən oxumaq istəyənlər də var. Onlardan hətta biri rədd cavabı aldığı üçün məni təhdid də edir. O gündən bu günə bu müğənni məni gah döydürmək, gah da öldürtməklə hədələyir. Amma mən belə şeylərdən qorxmuram və mahnımı heç kimə vermək fikrində deyiləm" - deyə, Ramal Əsədzadə bildirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31