Səidə Dadaşova: “Bu vaxtacan heç kəs belə ideya gerçəkləşdirməyib”

"Yeni albom üzərində işləyirəm. "2013 13" adlanacaq albomun ideyası bura daxil olan mahnılarımın söz və musiqi müəllifi Arzu Abbasova ilə mənə aiddir. Bu vaxtacan heç kəs belə ideya gerçəkləşdirməyib. Növbəti illərdə hansısa ifaçı albomuna "2014 14" adını qoysa, o zaman bilin ki, bu oğurlanmış ideyadır. Həmin alboma daxil olan on iki mahnım artıq hazırdır. Hazırda on üçüncü mahnı üzərində işləyirik". Bu sözləri "OLAYLAR"a verdiyi açıqlamada müğənni Səidə Dadaşova deyib. Müğənni daha sonra yeni duetləri haqda da danışıb: "Musiqisi, sözləri və aranjemanı Arzu Abbasovaya aid "Hələ ki, gec deyil" adlı mahnını Elarizlə duet formasında oxumuşam. Bundan başqa, Arzu Abbasova ilə "Kimdə günah", Rüfət Axundovla "Yuxularım qarışır", Aslanla "Təksən" mahnısını birgə oxumuşuq. Bu mahnılar sırf mənim tərzimə uyğun yazıldığından, duet formasında oxuduğum həmin ifaları ayrılıqda tək də səsləndirmişəm. Məşhur müğənni bundan başqa, "Bakı Gecələri" festivalında qalib olan "Yağış yağar" adlı mahnısının klip çəkilişlərinin də hazır olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31