Aygün Bəylər: “Nə sırtıq adamlarsınız”

Əməkdar artist Aygün Bəylərin mediada Röya haqda yayılan fikirlərinə qarşı tərəf "Aygün Bəylər qələt eləyir" deyərək münasibətini bildirib. Bu fikrə Aygün Bəylərin münasibətini öyrənmək üçün onunla əlaqə saxlamağa çalışdıq. Ilk olaraq zənglərimizi söndürən ifaçı daha sonra "intervyu vermirəm də. Nətər adamlarsız, nə sırtıq adamlarsız" deyərək bu haqda danışmaqdan imtina edib. Xatırladaq ki, lent.az-a açıqlama verən Əməkdar artist Röya haqda bu fikirləri səsləndirmişdir: "Röyanın sənət aləminə aidiyyatı yoxdur. Hazırda sənəti bilən var ki? Sənət aləmi başqadır. Röyaya qulaq asan elə onun kimilərdir, əsl musiqiyə qulaq asanlar isə sənət aləmindən xəbərdar olanlardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31