Hülya Avşar verdiyi pozaya görə peşman oldu

Sosial yönümlü çarxların birində rol alan Türkiyənin məşhur müğənnisi Hülya Avşar canlandırdığı “Ayşa Paşalı” obrazına görə peşman olduğunu söyləyib

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni bunun səbəbini belə izah edib: "Mən qadınlara qarşı zorakılıqları göstərmək, cəmiyyətdə baş verən bu kimi xoşagəlməz halların qarşısını almaq üçün həmin rola çəkildim və peşman oldum. Çünki bu gün bizi başa düşəcək insanlar çox azdır, bəlkə də heç yoxdur". Müğənni daha sonra onun adından mediada yayılan "qadınların bəziləri qaşınır" ifadəsinə də münasibətini bildirib: "Mən "qadınların bəziləri qaşınır" deməmişəm. "Ağıllı qadın zərbə almaz" demişəm. Lakin bu ifadəmi hər kəs istədiyi kimi yozur. Buna görə də qadına qarşı şiddət azalmaq bilmir. Hər kəs mənim kimi düşünsə, şiddət də azalar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31