Hadisə “Visal”ın təqdimatına hazırlaşır
11 Mart 2013 14:59 MədəniyyətTürkiyənin 2009-cu ildə "Eurovision" mahnı müsabiqəsində təmsilçisi, məşhur müğənni Hadisə yeni "Visal" mahnısının təqdimatına hazırlıq görür. "OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Visal"ın onun üçün böyük önəm kəsb etdiyini qeyd edən ifaçı bu haqda belə danışıb: "Qeyd etdiyim mahnı mənim üçün böyük önəm kəsb edir. Vüsal sevgiyə qovuşmaq deməkdir. Sevgi isə sevinc, göz yaşları, ayrılaraq yenidən geriyə dönməkdir. "Visal" üçün çox pul və əmək sərf etdik. Ümidvaram ki, yeni mahnım hər kəs tərəfindən bəyənilər. Hazırda martın 15-də keçiriləcək təqdimata hazırlaşıram. Mahnının təqdimatından sonra ona klip də çəkdirəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31