Polad Ələmdar əməliyyat olundu

"Qurdlar Vadisi" serialında Polad Ələmdar rolunu canlandıran  Necati Şaşmaz cərrahiyə əməliyyatı olunub. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, serialın səhnə çəkilişi zamanı aktyorun anidən halı pisləşib. Təcili  Maslaq Acıbadəm Xəsstəxanasına çatdırılan Necati Şaşmaz əməliyyat edilib. Hazırda aktyorun səhhətinin normal olduğu bildirilir.  Həyat yoldaşı Nacehan Kaşıkçı əməliyyatdan sonra  bir an belə Necati Şaşmazın yanından ayrılmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31