Arif Səlimov: “Nazpəri xanım heç vaxt mənə yasaq qoya bilməz”

"İlhamə  xanım da, Nazpəri xanım da böyük sənətkardır. Hər birinə ayrılıqda xüsusi hörmətim var. Çox adam elə bilir ki, mən İlhamə Quliyevanı sevmirəm. Bu heç də belə deyil. Hər gülün öz ətri, olduğu kimi hər sənətkarın da öz yeri var. Mən bu söz-söhbətlər haqda danışmaq istəməzdim. Lakin  ötən həftə İlhamə xanımın düşmənlərinin artması, mənim də onun qara siyahısında yer alacağım haqda mediada məlumatlar yayılmışdı". Bu sözləri "OLAYLAR"a verdiyi açıqlamada bəstəkar-müğənni Arif Səlimov deyib. İlhamə Quliyeva Nazpəri Dostəliyeva münasibətləri haqda ilk dəfə "OLAYLAR"a danışan ifaçı bu cür münaqişələrə qatılmağı sevmədiyini vurğulayıb: "Mən belə söz-söhbətləri sevmirəm. Heç vaxt arada gəzən insan rolunu oynamamışam. Nazpəri xanım heç vaxt mənə yasaq qoya bilməz. O, özü də həmişə deyir ki, hər zaman yaxşı olmaq lazımdır. Bu münaqişə onların arasındadır, mənə aid məsələ deyil. Mənə zəng edib, münaqişənin səbəblərini öyrənirlər. Tərəflər  arasında münasibətlərin gərginləşmə səbəbi haqda heç nə bilmirəm. Hər iki xanım Azərbaycan musiqisinə ayrılıqda böyük xidmət göstərib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31