Abbas Bağırov belaruslu modellə...
7 Mart 2013 19:30 MədəniyyətTanınmış müğənni Abbas Bağırov yeni klipinin çəkilişlərinə başlayıb. Press24.az-ın əldə etdiyi məlumata görə, klipdə çəkilmək üçün müğənni Belarusdan model dəvət edib.
"Klipin çəkilişlərinə artıq başlamışıq. Mahnı "Dözümüm yox" adlanır. Sözləri və musiqisi özümə aiddir. Klipdə Belarusdan dəvət etdiyimiz model - Aleksandra da çəkiləcək", - o bildirdi.
Müğənni, həmçinin aprel ayından sonra artıq məşqlərinə başladığı solo konsert verməyi planlaşdırdığını da söylədi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31