“Küçük Əmrah” “Gəlməyən bahar” adlı film çəkib
7 Mart 2013 16:18 MədəniyyətTürkiyədə ''Küçük Emrah'' olaraq bilinən Əmrah Ərdoğanın ilk dəfə rejissorluq edərək çəkdiyi ''Gəlməyən Bahar'' filmi, sabah yayımlanmağa başlanacaq. Türkiyə mətbuatının məlumatına görə, ənənə və bundan irəli gələn cinayətlər, qadına qarşı basqı ve şiddət məsələlərini gündəmə gətirən ''Gəlməyən Bahar'', qadına qarşı şiddətə diqqəti çəkmək məqsədilə Dünya Qadınlar Gününün qeyd olunacağı 8 mart tarixindən etibarən göstəridə olacaq. Filmin mətnini Əmrah Ərdoğan yazıb. Ssenarisini isəTarkan Atəşmən ilə hazırlayıb. Filmdə Aytən Uncuoğlu, Kərəm Kupacı, Turgay Tanülkü, Orhan Alkaya, Beyza Şəkərçi rol alıb. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31