Cennifer Lopesin sabiq əri milyarder qızı ilə
7 Mart 2013 19:17 MədəniyyətAmerikalı aktrisa və müğənni Cennifer Lopesin sabiq əri, aktyor və müğənni Mark Entoni artıq tək deyil. Milli.Az Radar Online-ə istinadən bildirir ki, ötən il Lopeslə boşanmış Mark Entoni indi Topshop geyim dükanları şəbəkəsinin sahibinin qızı Xloya Qrinlə birlikdədir. 44 yaşlı Entoni əkiz övladları Maks və Emmanı gəzintiyə çıxaranda 21 yaşlı Emma ilə birlikdə idi. Daha sonra Entoni Twitter-də yazıb: "Los-Ancelesdəki Topshop Topman-ı tanımayanlar mütləq orada olmalıdır. Həyatımın ən gözəl vaxtını orada keçirdim". Cennifer Lopes isə model Şennon de Lima ilə birlikdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31