İlhamə Quliyevaya daha bir mükafat verildi

Titullarının, mükafatlarının sayı-hesabı bilinməyən Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevaya daha bir mükafat verildi.
ANS PRESS-in məlumatına görə, bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində möhtəşəm mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə çıxış edən komtənin sədri Hicran Hüseynova dövlət, ailə və uşaq siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycanın qadın ictimai-siyasi xadimlərinə, millət vəkillərinə, o cümlədən mədəniyyət sahəsinin inkişafındakı xidmətlərinə görə bir sıra tanınmış simalara diplom və böyük mükafatlar təqdim edib.
Həmin xanımların sırasında Dünya Sülh Səfiri, Türk dünyasının sənət kraliçası, Şöhrət ordenli İlhamə xanım Quliyeva da mükafatla təltif olunub. Təbrik edirik!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31