Aygün Səmədzadə: “Keçirilən tədbirlərdən ruhlansam bəstələrimdən ibarət konsert də verərəm”

"Sözləri Qənirə Paşayevaya, musiqisi məna aid "Nədən həyat" adlı albomumuz işıq üzü gördü. Röya, Lalə Məmmədova, Aygün Kazımova, Nurlan Növrəsli, Vüsal Hacıyev, Ayaz Qasımov, Eyyub Yaqubovun həmin albomda ifası yer alıb".
Bu sözləri "OLAYLAR"a verdiyi açıqlamada bəstəkar Aygün Səmədzadə deyib. Hazırda Nurlan Növrəsli ilə "Gecə valsı" adlı mahnı üzərində işlədiyini deyən bəstəkar yeni işləri haqda da məlumat verib: "Vüsal Hacıyev, Ayazla yeni mahnılar üzərində işləyirəm. Müxtəlif kino və serillaran da təkliflər gəlir. Aprel-may aylarında altmış mahnıdan ibarət ikinci albomum işıq üzü görəcək. Albomun adı hər hansı bayramla əlaqədar da ola bilər. Hələ ki, bu haqda heç nə deməyəcəm. Bundan başqa musiqişünaslıqla bağlı elmi tədqiqat işimdən ibarət kitabım işıq üzü görəcək. Kitab türk dilli xalqların musiqilərindən bəhs edəcək".
Bəstəkar daha sonra konsert planları haqda da danışıb: "Bu vaxtacan Heydər Əliyev adına Respublika Sarayında iki dəfə konsert vermişəm. Bundan başqa bölgələrdə də konsertim olub. Hələ ki, bəstələrimdən ibarət konsert haqda heç nə planlaşdırmamışam. Lakin altmış mahnıdan ibarət albomun təqdimatını konsert şəklində etməyi düşünürəm. Keçirilən tədbirlərdən ruhlansam bəstələrimdən ibarət konsert də verərəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31