Fatimə ölkəni tərk etməyə hazırlaşır

Rəqs ustaları Fatimə Fətəliyeva və İlham Kərimli xaricə gedəcəklər. Lent. az -ın məlumatına görə, onlar 19-26 apreldə Qahirədə keçiriləcək "Milli Folklor və Zərb alətləri" adlı Beynəlxalq Festivalda iştirak edəcəklər .Onlar festivala milli geyimdə qatılacaqlar. Hazırda hazırlıq işləri gedir. Rəqs ustalarımız festivaldan sonra özləri bu barədə açıqlama verəcəklər.  Qeyd edək ki, hər il keçirilən bu festivalda ötən il 23 ölkə folklorlarını nümayiş etdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31