Yaşar Cəlilov konsertə hazırlaşır
7 Mart 2013 11:55 MədəniyyətHazırda Yaşar musiqisi Hacı Nazimə aid "Olarmı?" adlı yeni mahnı üzərində işləyir. Yaxın günlərdə həmin mahnı tamaşaçılara təqdim ediləcək. Mahnının təqdimatından təxminən bir ay sonra həmin ifaya klip də çəkiləcək. Müğənni bundan başqa üç, dörd yeni mahnı üzərində işləyir". Bu sözləri "OLAYLAR"a verdiyi açıqlamada müğənni Yaşar Cəlilovun mətbuat katibi Vüsalə xanım deyib. Vüsalə xanım daha sonra ifaçının konsert hazırlıqları haqda da danışıb: "Konsertlə bağlı gərgin hazırlıqlar görülür. Aprelin sonlarında Heydər Əliyev adına Respublika Sarayında Yaşarın bir günlük solo konserti olacaq. Müğənni konsertdə öncəki iki albomuna və hazırlanan digər yeni albomuna daxil olan mahnıları ifa edəcək. Konsertdə 23-25 ifanın səslənməsi gözlənilir". Yaşar Cəlilov konsertdən sonra üçüncü albomunu da təqdim edəcək: "Artıq iki albomunu təqdim edən müğənni konsertin video versiyasından ibarət video diskini və yeni ifalarından ibarət albomunu pərəstişkarlarına təqdim edəcək. Müğənninin video diskinə onun kliplərinin də əlavə edilməsi gözlənilir".