Nazpəri Dostəliyeva: “Mən fikrimi dedim, bu söhbəti bağladım”

Ötən gün Xalq artisti Nazpəri Dostəliyevanın İlhamə Quliyeva haqda fikirlərindən ibarət redaksiyalara ünvanlanan məktubuna qarşı tərəfin də münasibətini öyrəndik. İlhamə xanım "OLAYLAR"a verdiyi açıqlamada səslənən fikirlərin cəfəngiyyat olduğunu deyərək, Nazpəri xanımı məhkəməyə verəcəyini söyləmişdir. Məsələyə aydınlıq gətirmək üçün Nazpəri xanımla da əlaqə saxladıq. O, "mən fikrimi dedim, bu söhbəti bağladım. Xahiş edirəm bu haqda heç bir sual verməyin. Darıxmayın, məhkəmədə cavabımı da eşidəcəksiniz, hər şeyi də görəcəksiniz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31