“Hürrəm”in toy tarixi bəlli oldu
“Muhteşem yüzyıl” serialında Hürrəmin obrazını canlandıran aktrisa Məryəm Uzərli Can Atəşlə ailə həyatı quracaqları günün tarixini açıqlayıb
6 Mart 2013 16:24 Mədəniyyət"OLAYLAR"ın verdiyi məlumata görə, Almaniyadan gəldikdən sonra çəkildiyi serialla məşhurlaşan Məryəm ötən aydan etibarən sevgilisi ilə eyni evdə yaşayır. Cütlüyün toyu isə serial bitdikdən sonra reallaşacaq. Sevgilisinin öncəki evliliyindən dünyaya gələn övladı ilə münasibətlərinin yaxşı olduğunu deyən aktrisa sevincini "Facebook"da "bir Atəşə uğradım, onunla da gedirəm" statusu ilə paylaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31