"Ondan Bakıda heç bir müğənnidə yoxdur"
6 Mart 2013 14:59 MədəniyyətBir həftədir Amerikada səfərdə olan tanınmış prodüser Tolik (Tarik Əliyev) Sevda Yahyayevaya elə oradan ayaqqabı alıb. Anspress-in məlumatına görə, prodüser öz Facebook səhifəsinə yerləşdirdiyi çəhrayı rəngli, dabanlarında qızılı rəngdə ulduz olan bir cüt qadın tuflisinin rəsminin üstündə bu statusu yazıb: "Bakıda müğənnilərdən heç kimdə yoxdur, amma artıq Sevdada oldu. Nə isə..."
Qeyd edək ki, xalq artisti Aygün Kazımova ilə işbirliyinə son qoyduqdan sonra bir çox sənətçilərdən təklif alan prodüser yalnız Sevdanın təklifini dəyərləndirmişdi.
Və qısa müddət ərzində Sevda Yəhyayeva "Narkotikə yox" layihəsi çərçivəsində "Dinlə" klipini ekranlaşdırıb və 5 yaşlı ürək xəstəsi Dursun adlı qıza yardım məqsədilə xeyriyyə aksiyası keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31