Tanınmış türk aktyor reanimasiyadadır

Azərbaycan tamaşaçıları onu ilk dəfə “Yuva” serialındakı Camal usta obrazı ilə tanıyıb

Türkiyənin "Yeşiçam" dövrünün ən məşhur aktyorlarından biri Tamer Yiğit səhhətində yaranan nasazlıq səbəbindən xəstəxanaya aparılıb. Məlumata görə, 5 gündür "Çapa" tibb fakultəsinin Ürək Damar cərrahiyyəsi şöbəsinə çatdırılan 70 yaşlı aktyor nəfəs darlığından əziyyət çəkir. Reanimasiya otaqğında olan Yiğidin vəziyyəti ağır kimi qiymətləndirilir.Tamer Yiğit 1942-ci ildə Balıkesir vilayətində dünyaya gəlib. İzmir İqtisadi Ticari elmlər akademiyasında tələbə ikən "Ses" jurnalı tərəfindən təşkil olunan "Qapaq Ulduzu" müsabiqəsində 1-ci yeri tutaraq kino dünyasına addım atır.Azərbaycan tamaşaçılarının müstəqilliyin ilk illərində "AzTv"də yayımlanan "Yuva" serialındakı Camal usta obrazı ilə tanıdığı Tamer Yiğit 170-dən çox filmdə çəkilib. Bundan başqa aktyor "Kurtlar Vadisi Pusu" serialında biznesmen Ali Selçuk Toros rolunda çəkilib cə sui-qəsdə məruz qalaraq filmdən ayrılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31