İlhamə Quliyeva: “Ağlını başına yığsın. Onun öz yeri var, öz yerində də otursun”

Xaılq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın redaksiyalara ünvanlanan məktubuna "OLAYLAR" vasitəsi ilə belə münasibət bildirdi: "Onun yazdıqları hamısı cəfəngiyyatdır. Biz belə şeyləri görüb sadəcə gülürük. Nə qədər abırsız adam olasan ki, olmayan şeyləri uydurasan. Mənim titullarımın sənədləri də var. Mən məgər ona bu haqda məruzə verməliyəm? O, kimdir ki? Dünya Mədəniyyət Akademiyası 2004-cü ildə Kölndə  Dünya Azərbaycanlılarının Konqresində yaradılıb. Akademiyanın prezidenti Xəzər Eminov seçilmişdi. Daha sonra o vitse prezident seçildiyindən Xəzər Eminovun yerinə mən seçildim. 2007-ci ildə Ümumdünya sülh federasiyasının Azərbaycan nümayəndəliyində çalışan Mişyu Vaker "dünya sülh titulu"nu mənə, Akif Kərimova, Xəzər Eminova və digər şəxslərə təqdim edib. Bu titul dünya azərbaycanlıları ilə əlaqədar görülən işlərə görə təqdim edilir.  Mənim çox mükafatım var. Heç yadımda da saxlaya bilmirəm. Bu titulların təqdimat  mərasiminin qanuni çəkilişləri, sertifikatları və diplomları da var. 1998-ci ildə "Vətən" mükafatına layiq görülmüşəm. Mən bu gün Dünya Sülh səfiri, Dünya Azərbaycanlıları Konqresinin Mədəniyyət Akademiyasının prezidentiyəm. Mənim 38 titulum var. Bunlara ictimai fəaliyyətimə görə layiq görülmüşəm. Heç kəs ömründə bu boyda yalanı özünə ata bilməz. Mənim dediklərim hamısı faktdır. Mən bunu deyirəmsə, burda yalan  yoxdur. Bu açıqlamanı verməklə gündəmdə olmayan bu Nazpərini gündəmə gətirdim. O, yazıq, bədbəxt kəsdir ki, bu yolla özünü gündəmə gətirmək istəyir. Lakin bu şər-böhtanlara görə mən onu  məhkəməyə verəcəyəm. Tək bu şərlərə görə yox, çox şeylərə görə. Onun başı çox ciddi şəkildə, dövlət səviyyəsində ağrayacaq. Yaşı nə qədər çoxdursa, bir o qədər də səhvlərə yol verir. Ağlını başına yığsın. Nəfəsi yalanla gedib-gəlir. Günahları olub "Banditizmə" gediblər. Bununla əlaqədar daxili işlər naziri Ramil Usubova rəsmi şəkildə müraciət etmişəm. Günahları olduğu üçün Ramil Usubov tərəfindən ora çağrılıblar. Mən bu boyda ürək əməliyyatı keçirmişəm. Mənim səhhətim pozularsa, səhhətimdə problem yaranarsa buna kim cavab verəcək? Getsin, çaşmasın. Ağlını başına yığsın. Onun öz yeri var, öz yerində otursun. O çaşmağın müalicəsini alacaq. Mənim bu sözlərimdən bilirsiniz o nə qədər şərəflənir. Gündəmdə yoxdur axı. Ay Nazpəri, sən yazıqsan, gündəmdə yoxsan. Heç bir kanal səni dəvət etmir, sənə tələbat yoxdur. Yazıqsan, get özünü müalicə elə. Mən İlhaməyəm, bəs, sən kimsən? O utanmadan belə uydurmalarına görə qanun qarşısında cavab verəcək. Mən bu mövzuya heç  qayıtmaq istəmirəm də. Apreldə oğlumun toyu olacaq. Başım belə şadlıqlara qarışıb".

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31