Xalq artisti İlhamə Quliyeva toya hazırlaşır

Xalq artisti, Şöhrət ordenli İlhamə Quliyeva toya hazırlaşır. Bu barədə ilk dəfə olaraq Publika.Az-a danışan xalq artisti başının toy hazırlığına qarışdığını bildirdi: "Hazırda başım toy tədarükünə qarışıb. Oğlum Orxanın apreldə toyu olacaq. Uğurlu "karvanlarım" gedir. Bu il mənim üçün düşərli ildir. Onu da deyim ki, nə qədər mən sağam, varam, heç kimə mənim şərəf və ləyaqətimə toxunmağa icazə vermərəm. Yek sözümü demişəm, bu yazı-pozu (söhbət Nazpəri Dostəliyevanın məktubundan gedir-C) məni heç maraqlandırmır. Qanun öz sözünü deyəcək. Mən ağır ürək əməliyyatı keçirən adam kimi reabilitasiya dönəmindəyəm. Sual verirəm, əgər mənim səhhətimdə hər hansı problem yaransa, buna kim cavab verəcək? Mən Allahımlayam və Allahım məni sevir".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31