Mədəniyyət və Turizm Nazirliyi: “Holluvudla əməkdaşlıq hələ tezdir”
5 Mart 2013 12:08 MədəniyyətMədəniyyət və turizm Əbülfəs Qarayev ötənilki açıqlamalarından birində Hollivudla danışıqlar aparılması və kinonun inkişafı üçün qarşılıqlı əlaqələrin qurulacağını dilə gətirmişdi. Nazirliyin kinematoqrafiya şöbəsinin rəhbəri Yusif Şeyxov Modern.az-a açıqlamasında bildirib: "Hollivudla olan əməkdaşlıq barədə bir söz deyə bilməyəcəyəm. Amma Mədəniyyət və Turizm Nazirliyi kinonu inkişaf etdirmək üçün bir sıra xarici ölkələrlə əməkdaşlıq edir. Onların arasında Türkiyə, Rusiya, İspaniya , İtaliya və digər Avropa ölkələri var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31