Azərbaycanlı müğənninin mahnısı Rusiya radiolarında səslənir VIDEO
Bu Seyran İsmayılxanov "Vika" mahnısıdır
5 Mart 2013 12:07 MədəniyyətAzərbaycanlı müğənninin "Vika" adlı mahnısı Rusiya radiolarında səslənir. ANS PRESS-in məlumatına görə, bu ifaçı Almaniyada yaşayan və eyni zamanda Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Seyran İsmayılxanovdur. Onun ifa etdiyi mahnı Rusiyanın məşhur "23:45" qrupunun üzvü, prodüseri, DJ-i və bəstəkarı DMC Style-nindir. O, bu mahnını məhz Seyran üçün yazıb.
Hazırda Azərbaycanda olan Seyran İsmayılxanov dünən İTV-də yayımlanan "Eurovision 2013" mahnı müsabiqəsinin milli seçim turlarına qatılıb. Onun ifa etdiyi "Ela Ela" (Come Baby) mahnısı və performansı tamaşaçılar tərəfində alqışlarla qarşılanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31