İlhamə Quliyeva Novruz şənliklərində iştirakdan imtina etdi

“Mənim göz yaşlarım hələ də qurumayıb”

Azərbaycanın xalq artisti İlhamə Quliyeva telekanalların çəkəcəyi Novruz bayramı konsertlərində iştirak etməyəcək. ANS PRESS-in məlumatına görə, milli.az-ın əməkdaşı ilə telefon söhbətində sənətkar nə səbəbdən belə qərar verməsinə aydınlıq gətirdi: "Bu il Azərbaycanın böyük sənətkarlarından biri, mərhum anam Tükəzban İsmayılovanın vəfatının 5-ci ildönümüdür. Martın 24-də düz beş il tamam olacaq ki, anamsız yaşayıram. Mənim göz yaşlarım, hələ ki, qurumayıb. Belə olan halda hansı şənlikdən söhbət gedə bilər? Təşəkkür edirəm bütün telekanallarımızda çalışan dostlarımıza, bayram şənliklərində çəkilmək üçün dəvət edirlər. Anamla bağlı hüznlü günlərimi yaşadığım üçün dəvətləri dəyərləndirmirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31