“Sosial şəbəkədən ən yaxşı istifadə edən ilin müğənnisi” oldu
Türkiyənin məşhur müğənnisi Hilal Cebeci “Webrazzi”nin açıqladığı nəticələrinə görə “sosial şəbəkədən ən yaxşı istifadə edən ilin müğənnisi” olub
5 Mart 2013 00:31 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 75 min 815 səslə şoumen Acun İlicalı kimi bir çox məşhur isimləri önləyən müğənni mükafata layiq görüldüyü üçün məmnun olduğunu dilə gətirib: "Bu sıradan bir mükafat deyil. Mükafata məhz mən layiq görüldüyümdən çox məmnunam. Sosial şəbəkədə Rihanna, Britni Spirs kimi mən də çimərlik geyimlərimdə fotolarımı yayırdım. Lakin bizdə dəstək yoxdur. Hər kəs bu şəkilləri müzakirə etdiyindən, mənim bu addımımı bəyənmədiklərindən bir neçə müddətdri ki, yeni şəkillərimi yerləşdirmirəm. Bir-birimizə dəstək olsaq irəliləyə bilərik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31