Əli Mirəliyev: “Televiziyaların çoxunda kişi aparıcılar “qadın xislətli”dir”
"Onların özləri bilirlər ki, mən kimləri deyirəm”
4 Mart 2013 16:54 Mədəniyyət"Yalandan həccə gedib-gəlib burada əxlaqsızlıq etmək istəyənlərə yol verməyəcəyik. Cəmiyyətin ziyalı insanları və xüsusən də öz övladının tərbiyəsinin bu cür şeylərlə pozulmasına icazə verməyən insanlar qadın paltarı geyinərək bayağı gülüş yaradan bu insanlara imkan verməyəcək. Həqiqətən də bunlar təkcə qadın paltarı geyinmirlər, hətta o həyat tərzini yaşayırlar". Millət vəkili Fazil Mustafa "Bu Şəhərdə"nin yeni "Ər işdə" adlı konsertində aktyorlar Rafael və Coşqunun ona qarşı səsləndirdikləri fikirlərə münasibət bildirərkən belə deyib. Məsələyə münasibət bildirən əməkdar artist Əli Mirəliyevin sözlərinə görə indiyədək Heydər Əliyev adına Sarayda heç kəs 10 gün konsert verə bilməyib: "Rafael və Coşqun həyatda qadın xislətli insanlar deyil. Bizim elə kişi olan incəsənət nümayəndələrimiz var ki, həyatda qadın xislətli ola-ola televiziyalarda kişilikdən danışırlar. Onların özləri bilirlər ki, mən kimləri deyirəm. Bütün efirlərdəki kişilərin hamısı bu gündədir. Əgər insanlar 10 gün dayanmadan Rafael və Coşqunun konsertinə gəlirlərsə bu Azərbaycan mədəniyyətinin nailiyyətidir. Hansı aktyor ayağına dikdaban qadın ayaqqabısı geyinib "Hopstop"a oynaya bilər? Bunun özü böyük istedaddır. Biz Rafaellə Coşquna deməliyik ki, gələcəkdəki səhnələrinizdə kişi rollarına da çoxlu yer verin" ("OLAYLAR" İA)