Nazirin vətəndaşları qəbulunun vaxtı dəyişdirilib
Mədəniyyət naziri Əbülfəs Qarayevin aprelin 22-də Lənkəran şəhərində nəzərdə tutulan qəbulu mayın 7-nə keçirilib. Olaylar.az bildirir ki, şəhərdəki Mədəniyyət Mərkəzində ( Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 99) saat 11:00-da keçiriləcək qəbulda Astara, Lerik rayonlarından və Lənkəran şəhərindən olan vətəndaşlar iştirak edəcəklər.
19 Aprel 2019 14:04 MədəniyyətMədəniyyət naziri Əbülfəs Qarayevin aprelin 22-də Lənkəran şəhərində nəzərdə tutulan qəbulu mayın 7-nə keçirilib.
Olaylar.az bildirir ki, şəhərdəki Mədəniyyət Mərkəzində ( Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 99) saat 11:00-da keçiriləcək qəbulda Astara, Lerik rayonlarından və Lənkəran şəhərindən olan vətəndaşlar iştirak edəcəklər.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd olunan rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.