“Şou biznesin prezidenti İlhamə Quliyeva, siz saydığınızı sayın, görün fələk nə sayır!"

Xalq artisti Məleykə Əsədova “Bandotdel”də olmadığını deyir

"Nazpəri Dostəliyeva ilə bizə heç kəs hədə-qorxu gələ bilməz! Şou biznesin prezidenti sayılan Ilhamə Quliyeva, siz saydığınızı sayın, görün fələk nə sayır!"
Bu sözləri Azərbaycanın tanınmış aktrisası, xalq artisti Məleykə Əsədova söyləyib. ANS PRESS-in məlumatına görə, xalq artistləri Nazpəri Dostəliyevanın "banotdelə" çağrılmasından sonra, İlhamə Quliyeva mətbuata açıqlamasında Məleykə Əsədovanın da Baş Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılaraq dindirildiyini təsdiqlədi.

Məleykə Əsədova isə ANS PRESS-ə açıqlamasında İlhamə Quliyevanın söylədiklərinin həqiqət olmadığını bildirdi: "Yayılan söz-söhbətdən xəbərdaram. Mətbuatda yazılanları oxumuşam. Məni heç kim heç yerə çağırmayıb. "Bandotdel"də olmağımla bağlı məlumat düz deyil. Heç yerdə dindirilməmişəm. Əksinə, mən özüm İlhamə Quliyevanı polisə vermişəm. Vaxtı gələndə onun özünü lazımi yerə çağıracaqlar."
Aktrisa bu kimi işlərlə məşğul olmağa boş vaxtı olmadığından, məsələni vəkilinə həvalə etdiyini söylədi: "Mənim boş vaxtım yoxdur. Bəlkə onun məşğul olmağa başqa işi-gücü yoxdur, vaxtını yalnız belə söhbətlərə həsr edir. Ondan fərqli olaraq mənim başım yaman qarışıqdır. Qarşıdan teatr bayramı gəlir. Hazırlıqlar gedir. Teatrda işlərimi bitirdikdən sonra yerdə qalan bütün vaxtımı yalnız qızıma həsr edirəm. Ona görə də, həmin işi vəkilimə həvalə etmişəm. Ola bilsin ki, yaxın vaxtlarda onun özünü lazımi yerə çağıracaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31